İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Ermənistanın sülh müqaviləsi ilə bağı niyyətindən danışdı    

1336 22.12.2022 17:29 Region A A

Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana təminatçılar  institutu yaratmağı təklif edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.

"Bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulub, bundan əlavə, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda, Beynəlxalq Məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını da təklif etdik", - deyə o qeyd edib.

“Dağlıq Qarabağla bağlı təklifdə həll yoluna gəlinə biləcək məqam varmı?” sualına Təhlükəsizlik Şurasının katibi bunun müzakirə olunacağını bildirib. “Danışıqlar aparıldıqda, nəhayət, məsələyə aydınlıq gətirəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, hökumətin bugünkü iclasında baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyini bildirib. “Biz belə məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - deyə baş nazir əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR