İnsanlara hürriyət, millətlərə istiqlal!

Qranada sammiti ilə bağlı ŞOK YAZI

2536 06.10.2023 12:32 Son xəbər A A

50-yə yaxın Avropa liderinin, onlarla köməkçinin və yüzlərlə jurnalistin qatıldığı Qranada sammiti fiasko ilə nəticələndi.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytında xüsusi məqalə dərc olunub.

Məqalə müəlliflərinin firkincə, sammitə toplaşanlar Avropanın astanasında baş verən münaqişələrin, yaxud hər hansı digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər.

“Emmanuel Makronun əsas sevimli layihəsi sayılan Avropa Siyasi Birliyinin üçüncü toplantısında Ermənistan və Azərbaycan arasında sülhə nail olunacağı, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyi ilə bağlı strateji müzakirələrin aparılacağı güman olunurdu.

Liderlər ABŞ-ın Ukraynaya yardımı (daha doğrusu, yardımın kəsilməsi - red.) ilə bağlı narahatlıqlar fonunda Qranadada olan Ukrayna prezidenti Vladimir Zelenskinin ətrafında toplaşsalar da, əsas oyunçuların olmaması səbəbindən digər münaqişələrdə irəliləyiş əldə edə bilmədilər.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdən yayınmaq qərarına gəldikdə, iştirakçıların Qarabağdakı humanitar (?!-red.) böhranın həlli üçün hərəkətə keçmək ümidləri puça çıxdı. Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham edib və yalnız son nəticədə ancaq Aİ-nin himayəsi altında Brüsseldə danışıqlara razılıq verib. Bu barədə sosial şəbəkədə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev artıq açıqlama verib.

Kosovo və Serbiya arasında gərginliyi aradan qaldırmaq cəhdləri də eyni dərəcədə nəticəsiz qaldı. Kosovo prezidenti Vyosa Osmani Belqrada qarşı sanksiyalar tətbiq olunmasa, serb həmkarı Aleksandr Vuçiçlə danışıqlardan imtina edib.

Qeyri-rəsmi sammitin mənasızlığı o dərəcə hiss olunurdu ki, ev sahibi İspaniya sonda 700-ə yaxın jurnalist üçün planlaşdırılan mətbuat konfransını son anda ləğv edib. Halbuki məhz burada Avropa Siyasi Birliyinin rəhbərliyinin İspaniyadan Böyük Britaniyaya keçməsi rəsmi şəkildə elan olunmalı idi.

Liderlərin sammitə həvəssizliyi günün əvvəlindən açıq-aydın görünürdü, bir çox dəvətlilər dayanıb gözləyən jurnalistlərlə söhbət belə etmədilər. İtalyan Corcia Meloni telefonu ilə danışaraq media mənsublarına əhəmiyyət vermədən onların yanından keçib.

Nə Almaniya kansleri Olaf Şolts, nə də Böyük Britaniya baş naziri Rişi Sunak mətbuata açıqlama verib. Beləliklə, Avropa Siyasi Birliyinin ideoloqu Emmanuel Makronun deyəcək heç nəyi qalmayıb.

İspaniya administrasiyası əsas mətbuat konfransının niyə ləğv olunduğuna aydınlıq gətirməyib. Aİ diplomatlarından birinin sözlərinə görə, əslində sammitdə müzakirə olunacaq “heç bir fundamental problem” olmadığı üçün mətbuat konfranslarına da ehtiyac qalmayıb”, - deyə yazıda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR