İnsanlara hürriyət, millətlərə istiqlal!

QORXUNC GÖRÜNTÜLƏR: Tayvanda gücündə zəlzələ nəticəsində binalar uçdu və ... (VİDEO)

1536 18.09.2022 16:47 Hadisə A A

Ötən gün Tayvanda 6,8 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilərkən, yayılan görüntülərdə evlərin və yolların uçduğu, vaqonların relslərdən çıxdığı görülüb.

Qeyd edək ki, zəlzələ Tayvanın Taitung şəhəri yaxınlığında baş verib. Zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb.

Bildirilib ki, Tayvanda yerli vaxtla saat 14:44-də baş verən zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Paytaxt Taypey də daxil olmaqla bir çox şəhərdə hiss edilən zəlzələ təxminən 20 saniyə davam edib. Həmin anlar ortaya qorxunc görüntülər çıxarıb.

Hualien şəhərində güclü təkan nəticəsində bir bina uçub. Sosial mediada paylaşılan görüntülərdə çox sayda insanın küçələrə çıxdığı görülüb. Digər tərəfdən, Tayvan Dəmir Yolları İdarəsi stansiyasında platformanın çökdüyü və 3 vaqonun relsdən çıxdığı bildirilib. Vaqonlarda olan 20 sərnişin təxliyə edilib.

Qeyd edək ki, 2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə isə 7,3 bal gücündə zəlzələdə 2000-dən çox insan həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR