İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuya xəyanət edən şəxs görün kimdir - FOTO

1716 30.06.2023 12:03 Kriminal A A

Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib.

Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12 000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR