İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal ərzaq qiymətləri doqquzuncu ayda da ucuzlaşdı  

520 06.01.2023 15:19 İqtisadiyyat A A

2022-ci ilin son ayında qlobal ərzaq qiymətləri indeksi noyabrla müqayisədə 1,9 faiz azalmaqla 132,4 bənd təşkil edib.

Musavat.com BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesabatına istinadən xəbər verir ki, beləliklə, qlobal ərzaq qiymətləri ötən ilin eyni dövründəkindən 1 faiz aşağı düşmüş olub.
Ardıcıl doqquz aydır azalma qeydə alınmasına baxmayaraq, 2022-ci il üzrə orta indeks 143,7 bənd olmaqla 2021-ci ilin orta göstəricisindən 14,3 faiz yüksək olub.

Təşkilatın hesablamalarına əsasən dekabrda ən çox taxıl – 1,9 faiz və ət – 1,2 faiz ucuzlaşıb. Taxılın ucuzlaşmasında əsas rolu Cənub yarımkürəsində bol məhsulun əldə olunması nəticəsində buğda ixracının artması ilə bazarda qiymətsalıcı rəqabətin yaranması, həmçinin Braziliyada istehsalın artması nəticəsində qarğıdalının qiymətinin ciddi şəkildə aşağı düşməsi oynayıb.

Ət qiymətləri mal və quş ətinin ucuzlaşması nəticəsində azalıb.
FAO-nun müşahidə etdiyi qiymətlərdən süd məhsullarında 1,2 faiz, şəkərdə isə 2,4 faiz bahalaşma qeydə alınıb. Şəkər qiymətləri Hindistanda quraqlığın istehsala gözlənilən mənfi təsiri, həmçinin Tailand və Avstraliyada emalın azalması nəticəsində bahalaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR