İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızının boşanması ilə bağlı suala əsəbiləşdi və... -Video

992 08.07.2022 09:05 Şou-biznes A A

Əməkdar artist Ruhəngiz Musəvi qızı Lalənin boşanması ilə bağlı verilən suala əsəbiləşib.

Axşam.az xəbər verir ki, "Onun sirri" proqramında qonaq olan sənətçi proqramı tərk etmək istəyib. O, bu haqda haqda danışmaq istəmədiyini bildirib:

"Burada danışdıqlarımı çox yerdə açıqlamamışam. Amma hər şeyin təhəri var. Artıq otura bilmirəm, özümü pis hiss edirəm. Özümlə bağlı suallara razıyam, qızım haqda istəmirəm. Gedirəm, qala bilmirəm".

Aparıcı Lətafət Ələkbərova isə verilişi tərk etmək istəyən Ruhəngiz Musəvini fikrindən daşındırıb.

"Məni belə görməsinlər. Hər bir kəs övladına çox bağlıdır. Ana övladının xoşbəxtliyini istər. Deyirlər ki, ana nə yaşayırsa, balası da onu yaşayar. Qohuma ərə getmişdi, qismət beləymiş. Bu barədə danışmayaq, çox həssasam" - deyə əməkdar artist əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR