İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızıl top"un qalibi müəyyənləşir - Messi siyahıda yoxdur

1137 17.10.2022 11:17 İdman A A

Bu gün 2022-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.

Qol.az xəbər verir ki, tədbir Fransanın paytaxtı Parisdə olacaq. Mərasim Bakı vaxtı ilə 22:30-da başlayacaq.

"Qızıl top"a namizədlər bunlardır:

Qapıçılar: Tibo Kurtua ("Real"), Mayk Menyan ("Milan")

Müdafiəçilər: Trent Aleksandr-Arnold ("Liverpul"), Joao Kanselo ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi"/"Real"), Vircil van Deyk ("Liverpul").

Yarımmüdafiəçilər: Coşua Kimmix ("Bavariya"), Kristofer Nkunku ("Leyptsiq"), Bernardo Silva, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Siti"), Kazemiro ("Real"), Kevin de Brüyne ("Mançester Siti"), Fabinyo ("Liverpul"), Luka Modriç ("Real")

Hücumçular: Rafael Leau ("Milan"), Məhəmməd Salah, Luis Diaz, ("Liverpul"), Vinisius Junior, Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya"/"Barselona"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Haaland (Dortmund "Borussiya"sı/ "Mançester Siti"), Sebastien Aller ("Borussiya", Dortmund), Harri Keyn, Son Hın-Min ("Tottenhem"), Sadio Mane ("Liverpul"/"Bavariya"), Kilian Mbappe ( PSJ), Darvin Nunes ("Benfika"/"Liverpul"), Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus").

Qeyd edək ki, mükafatın son sahibi olan Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi bu il namizədlər siyahısında yer almayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR