İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Xaç” iyrənc ampluasında - Ağdam yolunu kəsən təkcə separatçılar deyilmiş!

2155 11.09.2023 21:25 Gündəm A A

Qarabağdakı erməni sakinləri üçün nəzərdə tutulan ərzağın olduğu, Azərbaycana məxsus iki TIR yük maşını 14 gündür Ağdam yolunda gözləyir. Separatçı ünsürlər və onların xaricdəki havadarları isə hələ də “Laçın dəhlizi” deyib dirəniş göstərməkdədirlər. O “dəhliz” ki, nəinki de-yure, aprelin 23-də “Laçın” sərhəd-nəzarət buraxılış postunun qurulması ilə de-fakto da daha mövcud deyil.

Azərbaycanın şərti məlum: öncə Ağdam- Xankəndi yolu işə düşür, ondan bir gün sonra isə Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın Xankəndi yolunda hərəkət tam həcmdə bərpa olur. Bu məsələdə Moskva, Brüssel və Vaşinqtonla faktiki konsensus da var (Diqqətçəkicidir ki, bu gün ABŞ dövlət katibi Entoni Blinken həm Ağdam, həm də Laçın yolunun Qarabağdakı erməni əhalisi üçün humanitar yüklərin daşınması məqsədilə eyni vaxtda və dərhal açılmasına çağırıb).

Rusiya isə sentyabrın 9-da Ağdam yolu ilə Qarabağın erməni sakinləri üçün humanitar yardımla dolu bir TIR yük maşını göndərib. Lakin həmin TIR da Azərbaycan yük maşınları kimi yarıyolda (Bərdədə) ilişib qalıb. Separatçıların Ağdam-Xankəndi yolu üzərindən Rusiyanın humanitar yükünü qəbul edəcəkləri haqda xəbər yayılsa da, bu, təsdiqini tapmayıb.

Səhih bilgilərə görə, buna Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də əngəl yaradır. Məlumatlara görə, BQXK hətta Rusiya komitəsinin mandatını ləğv eləməklə hədələyib. Niyə? Rusiya “Qırmızı Xaç”ı bununla hansı günahı işlədib və ya hansı dövlətin qanunlarını, yaxud beynəlxalq humanitar konvensiyanı pozub? Belə bir konvensiyanı, Azərbaycan qanunlarını kobud şəkildə pozan varsa o da elə BQXK deyilmi?

Sözsüz. Bu barədə dəfələrlə ən tutarlı faktlar əsasında Azərbaycan mediası yazıb. Həmçinin qurumun 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə fəaliyyəti faş edilib. BQXK-nin ondan sonrakı fəaliyyəti, o sırada ermənilər üçün qaçaqmalçılıqla məşğul olması da öz yerində. İndinin özündə BQXK-nin Xankəndi ofisi qanunsuz olaraq Bakıya yox, İrəvana tabedir, ora hesabat verir, həm də kəşfiyyat xarakterli.

BXQK yayılan iddiaları təkzib edib. Açıqlamada bildirilir:

“Biz, Rusiya Qızıl Xaç Cəmiyyətinin əraziyə humanitar yardım daşımasına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əngəl olması və ya siyasi məsələlərə müdaxilə etməyimiz barədə iddiaları qətiyyətlə təkzib edirik.

Humanitar yardımın həyata keçirilməsi barədə qərarın verilməsi tərəflərin iradəsindən asılıdır.

Neytral, qərəzsiz və müstəqil təşkilat olaraq bizim fəaliyyətlərimiz müstəsna olaraq humanitar məqsəd daşıyır və ən çox ehtiyacı olanlara yardımın çatdırılmasına yönəlir.

Biz, son həftə ərzində həm qərar vermə səlahiyyətli şəxslər, həm də Qızıl Xaç və Qızıl Aypara Hərəkatından olan tərəfdaşlarımızla, istər Laçın yolu, istərsə də Ağdam yolu üzərindən əraziyə yardımın çatdırılması barəsində dialoqda olmuşuq. BQXK-nın bütün fəaliyyətləri tam şəffaf şəkildə, bütün qərar vermə səlahiyyətli şəxslərlə koordinasiya edilərək və yalnız onların razılığı ilə həyata keçirilir”.

Deputat Fazil Mustafa güllələndi | marja.az

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, BQXK artıq siyasiləşmiş qurum kimi fəaliyyət göstərir. O qeyd etdi ki, humanitar yanaşmaya mane ola biləcək heç bir addım qəbul edilə bilməz: “Belə yanaşma sülh prosesinə də ciddi zərbə vurur. Fransanın diqtəsi ilə hərəkət edən qurum kimi özünü nüfuzdan salır. Rusiyadan göndərilən yüklər belə qəbul edilmir. Deməli, əhalinin ac olması bəsit yalandır. Görünən odur ki, BXQK siyasi məqsədlərini gerçəkləşdirir. Buna görə də məsələyə münasibətimiz sərt və barışmaz olmalıdır”.

Elxan Şahinoğlu: Azərbaycanda seçki mühiti öz axarı ilə gedir | Kaspi.az

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək:
“Sadəcə erməni separatçıları yükün keçidini gecikdirməklə vaxt qazanmağa-Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar. Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar”.

Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü  dəfə Şirvandan Binəqədiyə “köçdü” ? » Gundelik-Baku.Com

Millət vəkili Azay Quliyev də sosial media hesabında baş verənlərə reaksiya verib:

“Rusiya Qırmızı Xaç Komitəsinin Ağdam-Xankəndi marşrutu üzrə Qarabağın erməni sakinlərinə göndərmək istədiyi ərzaq yardımına Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş ofisi tərəfindən maneənin törədilməsi və yükün hələ də Bərdə şəhərində gözləməyə məcbur edilməsi nədən xəbər verir? Bu ilk növbədə o deməkdir ki, BQXK mandatını, Cenevrə konvensiyalarını və beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq humanitar yardım məsələsini siyasiləşdirib və "Qarabağda humanitar fəlakət baş verir" deyən Ermənistanın siyasi manipulyasiyasının alətinə çevrilib.

İkinci, BQXK bu addımı ilə təsdiq edir ki, bu qurum nəinki Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmir, eyni zamanda, sadiq qalmağa borclu olduğu neytrallıq prinsiplərini də heçə sayır və Qarabağda ermənilər tərəfindən süni şəkildə yaradılmış "humanitar çətinliyin" aradan qaldırılmasına mane olur.

Üçüncü, BQXK bu davranışı ilə onu da göstərdi ki, bu qurum Fransa kimi ölkələrin əlində Azərbaycana əlavə təzyiq mexanizmi kimi istifadə edilir.

Sual olunur, bütün bu riyakarlıqdan və özünüifşadan sonra BQXK nə üzlə "humanitar fəlakət"dən danışa və ya Azərbaycanla əməkdaşlıq edə biləcəkdir?

Düşünürəm ki, həm bugünkü əsassız qərarına, həm Xankəndindəki ofisini hələ də İrəvana tabe etdirdiyinə və həm də Laçın yolundan qaçaqmalçılıq məqsədilə istifadə etdiyinə görə Azərbaycan BMT və digər beynəlxalq təşkilatlara müraciət etməli, beynəlxalq humanitar qanunları və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə BQXK ilə əməkdaşlığın bundan sonra mümkün olmadığını diqqətə çatdırmalıdır”.

İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarı ilə eynidir - Elçin  Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli prosesi belə şərh edib: “Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan erməni əsilli sakinlər üçün gətirdiyi ərzaq maşınının hələ də Bərdə rayonunda, “Bərdə” otelinin qarşısında dayanmasının və Ağdam-Xankəndi yolu ilə Xankəndiyə hərəkət etməməsinin, hələlik ehtimal üzərində qurulan iki səbəbi var.

Bunlardan birincisi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiyanın eyni adlı təsisatına təzyiq göstərməsi, ikincisi isə Azərbaycan ərazisindəki qondarma rejimin qalıqlarının sözügedən nəqliyyat vasitəsini Xankəndiyə buraxmaq istəməməsidir.

Əgər Rusiyanın Qızıl Xaçına Beynəlxalq Qızıl Xaç Komitəsinin təzyiq göstərdiyini, yəni birinci səbəbi əsas götürsək, o zaman belə anlaşılır ki, Rusiyanın Qızıl Xaç Cəmiyyəti öz fəaliyyətində Rusiya qanunvericiliyini, humanizm prinsiplərini deyil, Beynəlxalq Qızl Xaç Komitəsinin göstərişlərini əsas götürür. Rusiyanın Qızl Xaç Cəmiyyəti ictimai təşkilatdır və 1867-ci ildən fəaliyyət göstərir, 5 federal istiqamət üzrə 85 regional şöbəsi, 100 min əməkdaşı var. Əsasən Rusiya Federasiyasının “Rusiya Qızıl Xaçının dəstəklənməsi” layihəsi üzrə maliyyələşdirilir. Rusiya Qızıl Xaçının ianələr hesabına ən son layihəsi 2012-ci ildə, Krasnodar vilayətində reallaşdırılıb, vəssalam.

Bu o deməkdir ki, son 11 il ərzində Rusiyanın Qızıl Xaç Cəmiyyəti istisnasız olaraq, Rusiya Federasiyasının dövlət büdcəsindən layihə adı ilə ayrılan vəsaitlər hesabına maliyyələşib. Yəni Rusiyanın Qızıl Xaç Komitəsinin Beynəlxalq Xaş Komitəsindən nə alacağı var, nə də verəcəyi və bu səbəbdən maraqlı bir sual çıxır ortalığa: Rusiyanın Qızıl Xaç Cəmiyyəti hansı səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsinin Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, beynəlxalq humanitar hüququn prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının suveren hüquqlarına zidd göstərişlərinə əməl etsin ki? Ola bilsin ki, alt qatda mənim ehtimal edə bilmədiyim başqa məqamlar var. Məsələn, Rusiya Qızıl Xaç Komitəsinin İdarə Heyətinin 17 üzvündən biri erməni əsilli Rusiya vətəndaşıdır: Davidyan Sergey Albertoviç. O, həm də cəmiyyətin İrkutsk vilayət şöbəsinin sədridir. Rusiya Qızıl Xaç Cəmiyyətinin mərkəzi ofisində adı üstündə olan və ya olmayan digər erməni əsilli şəxslər də çalışır. Bu baxımdan, yükün Xankəndiyə aparılmasının ləngiməsində “erməni barmağı” da müəyyən rol oynaya bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ətrafında yaradılan şou üzərində açıq-aşkar siyasətlə məşğul olur. Məsələnin bu tərəfi aydındır. O zaman Rusiyanın Qızıl Xaç Cəmiyyətinə nə gəlib? Rusiyanın Qızıl Xaç Cəmiyyəti Qərb dairələrinin əlində siyasi təzyiq alətinə çevrilən Beynəlxalq Qızıl Xaçın haqsız, heç bir əsası olmayan iddialarını hansı səbəblərdən əsas götürərək, gətirdiyi yükü Xankəndiyə çatdırmamalı və yaxud prosesi ləngitməlidir?

Maraqlıdır, görəsən Beynəlxalq Qızıl Xaç Komitəsi üçün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə humanitar yükün hansı istiqamətdən daşınmasının nə fərqi var? Əgər məsələyə Azərbaycanın suveren hüquqları kontekstindən yanaşsaq, o zaman yük istisnasız olaraq, Ağdam-Xankəndi yolu ilə daşınmalıdır. Bəs hansı səbəblərdən Beynəlxalq Qızıl Xaç və ondan siyasi alət kimi istifadə edən Qərb dairələri bunu istəmir? Səbəb odur ki, Ermənistanı bölgədə təfriqə mərkəzi kimi istifadə edən Qərb dairələri Azərbaycanı öz suveren hüquqlarından geri çəkilməyə məcbur etmək, daha sonra isə, öncə Nikol Paşinyan vasitəsilə dilə gətirdikləri “beynəlxalq təhlükəsizlik mexanizmləri” adı altında Qarabağa girmək, uzun illərdir ki, yaratmaq istədikləri, ancaq yarada bilmədikləri “reallıqları” başımızın üzərindən “Domokl qılıncı” kimi asmaq istəyirlər. Bölgədə geosiyasi əsəb müharibəsi gedir və bu prosesdə əsla və əsla geriyə çəkilmək olmaz! Azərbaycan xalqı, immun sistemimizin vurub özündən kənara atdığı 5-10 “mikroorqanizm” istisna olunmaqla, son nəfərinədək dövlətin, Ali Baş Komandanın yanındadır. Bu mücadilədən də alnıaçıq çıxacağımıza əminəm!
Tanrı Azərbaycanı qorusun!”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR