İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın İslamabaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

581 19.05.2024 12:32 Dünya A A

Bişkekdə iğtişaşlar zamanı pakistanlı tələbələrə hücumla bağlı Qırğızıstanın İslamabaddakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Musavat.com kaktus.media-ya istinadən xəbər verir ki, etirazçılar Qırğızıstanın paytaxtında xarici tələbələrə, o cümlədən pakistanlı tələbələrə qarşı kütləvi zorakılığı pisləyiblər. Diplomatların müdafiəsini təmin etmək üçün səfirlik ərazisinə əlavə polislər gəlib.

Bu arada, Kəraçidə oxşar etirazlar barədə xəbərlər yayılıb, etirazçılar zərər çəkmiş pakistanlı tələbələr üçün məsuliyyət və ədalət tələb ediblər.

Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, xarici media və sosial şəbəkələrdə, xüsusən də Pakistanda destruktiv qüvvələr Qırğızıstandakı vəziyyətlə bağlı qəsdən tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Xatırladaq ki, mayın 17-dən 18-nə keçən gecə Bişkekin şərq hissəsində əcnəbi tələbələrin iştirakı ilə baş verən iğtişaşlardan sonra bir sıra KİV və bloqçular talanlar zamanı Pakistan vətəndaşlarının və ya digər əcnəbi tələbələrin öldürüldüyü barədə məlumat yayıblar. Həmçinin əcnəbi tələbələrin kütləvi zorlanması ilə bağlı xəbərlər yayılıb. Eyni zamanda, bu məlumatların yer aldığı bəzi nəşrlər Bişkekdə baş vermiş iğtişaşlarla bağlı olmayan foto və videolarla müşayiət olunub.

Bu məlumatı Qırğızıstanın hüquq-mühafizə orqanları, nümayəndələri vəziyyətin araşdırılmasında iştirak edən Pakistan və Hindistan səfirlikləri təkzib ediblər.

Bildirilib ki, mayın 13-də Bişkekdə əcnəbilərin yaşadıqları hostellərdən birinin həyətində onların iştirakı ilə kütləvi dava olub. Onlar bir neçə yerli sakini döyüblər. Fakta görə polis “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıb və üç əcnəbi vətəndaşı saxlayıb.

Mayın 17-də axşam saatlarında Bişkekdə 7 Aprel və Oqonbayev küçələrinin kəsişməsində baş verənlərdən narazı olan bir neçə yüz kişi toplaşaraq əcnəbilərlə haqq-hesab çəkmək istəyib. Polis ərazini mühasirəyə alıb və iğtişaşların qarşısını almağa çalışıb. Kortəbii aksiya iştirakçıları arasında saxlanılanlar da var.

Xaricilərə qarşı kortəbii etiraz aksiyası yalnız mayın 18-də səhər saatlarında başa çatıb. Polis etirazçılarla razılığa gələ bilib və onlar Çuy prospektini açıb, bir az sonra dağılıblar.

Bişkek polisi saxlanılan əcnəbilərin qırğızıstanlılardan üzr istədikləri videonu yayımlayıb.

Hadisə zamanı 29 nəfər tibbi yardıma müraciət edib, onlardan 15-i xəstəxanalara aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR