İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda sui-qəsd hazırlayan 5 azərbaycanlı saxlanıldı - FOTO

3082 23.03.2024 15:00 Son xəbər A A

Qırğızıstanda keçirilən əməliyyat tədbirlərinin təşkili zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı Qırğızıstan Respublikasının milli təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Musavat.com Svodka.akipress.org saytına istinadla xəbər verir ki, bunlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M. və Məmmədov Z.İ-dir.

Tədbirlər əcnəbilərdən və dövlətlərarası axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınmasına yönəlib.

“Daxil olan əməliyyat məlumatlarına əsasən, Əsgərov M.O. kriminal aləmdə cinayət mühitini gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə birlikdə Qırğızıstana gəlib. Onlar ölkə rəhbərliyinə sui-qəsd təşkil etməyi planlaşdırıblar. Bütün postsovet məkanına təsir edən mütəşəkkil cinayətkar qruplaşmaya qarşı milli təhlükəsizlik üzrə dövlət orqanları tərəfindən aktiv mübarizə aparılır”, - Dövlət Komitəsinin məlumatında deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR