İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda kriminal avtoritet Kamçı Kolbayev saxlanılarkən öldürülüb

1632 05.10.2023 13:25 Kriminal A A

Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı kriminal dairələrdə tanınan “qanuni oğru” Kamçı Asanbek (Kolbayev) həbs olunarkən öldürülüb.

Musavat.com “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, kriminal rəhbəri silahlı müqavimət göstərdiyi üçün xüsusi təyinatlılar tərəfindən güllələnib.

MTN aydınlaşdırıb ki, sahibkarların əmlakının xüsusilə külli miqdarda qanunsuz ələ keçirilməsi ilə bağlı fəal mütəşəkkil cinayətkar qruplara və onların rəhbərlərinə qarşı bir neçə cinayət işi araşdırılır.

Cinayətkar qruplaşmanın lideri Çingiz Cumaqulovun (cinayət ləqəbi Doo) qətlinin təşkilində iştirakı ilə bağlı Kamçı Asanbek barəsində vətəndaşların ifadələri üzrə də istintaqa qədərki yoxlama aparılır.

“Kamçıbek Asanbekin yeri “Blonder Pub” restoranında müəyyən edilib. O, MTN əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq odlu silahla müqavimət göstərib. MTN-nin xüsusi təyinatlı əməkdaşları ona cavab atəşi açıblar.

Faktla bağlı cinayət işi açılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir, həkimlər Asanbekin aldığı xəsarətlərdən yerindəcə öldüyünü təsdiqləyiblər. Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları və mülki şəxslər arasında itki yoxdur”, - məlumatda deyilir.

Departament həmçinin bu faktda əli olan Kamçı Asanbek (Kolbayev) qrupunun bütün nümayəndələrinin əməllərinə hüquqi qiymət verəcək. Araşdırmanın nəticələri barədə məlumat ayrıca təqdim olunacaq.

Asanbek həm də 2007-2009-cu illərdə Qazaxıstanda transmilli cinayət təşkilatı yaratmaqda şübhəli bilinir. Lakin 2023-cü ilin avqustunda iddia müddətinin başa çatması ilə əlaqədar işə xitam verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR