İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Suriyadakı düşərgələrdən yüzə yaxın qadın və uşaq gətirib

759 08.12.2023 16:40 Dünya A A

Qırğızıstanın Xarici İşlər Nazirliyi Suriyanın şimal-şərqində xüsusi düşərgələrdə qalan Qırğızıstan vətəndaşlarının repatriasiyası üçün “Aykol-4” humanitar missiyası barədə məlumat yayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, açıqlanan məlumata görə, dekabrın 8-də Qırğızıstan vətəndaşı olan 31 qadın və 65 uşaq Yaxın Şərqdən xüsusi təyyarə ilə Qırğızıstana qaytarılıb.

Qırğızıstan tərəfi bu humanitar prosesin uğurla həyata keçirilməsi üçün hər cür köməklik və maddi-texniki dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatları hökumətinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə minnətdarlıq ifadə edir.

Bildirilir ki, bu, çətin həyat şəraitində olan vətəndaşların repatriasiyası üçün həyata keçirilən dördüncü böyük kampaniyadır.

Xatırladaq ki, bu qadnlar və uşaqlar vaxtilə İŞİD-in silahlı dəstələrnə qoşularaq Suriyada vətəndaş müharibəsində iştirak edən və döyüşlərdə həlak olan kişilərin ailə üzvlərdir. Daha sonra onlar Suriya ordusu tərəfindən əsir alınıblar və hazırda düşərgələrdə saxlanılırlar.

Onu da qeyd edək ki, Suriyada və İraqda yerləşə eyni mahiyyətlin düşərgələrdə xeyli sayda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və başqa müsəlman ölkələrindən olan qadınlar və uşaqlar var. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR