İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzəbli erməni sakin Leninqrad memorialında vandallıq aktı törədib

508 30.01.2024 14:43 Dünya A A

İrəvanda yerli sakin mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış memorialda vandallıq aktı törədib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, bunu Qarabağda ermənilərin etnik təmizləmə faktını sübut etməyi tələb edən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya cavab olaraq edib. Zaxarovanın sözlərindən sonra qəzəblənən kişi Leninqradın blokadasının sübutunu şübhə altına alıb.

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin İrəvan sakininin “dəli olduğunu” iddia edib və həmçinin Qarabağda faktiki olaraq etnik təmizləmənin baş verdiyini vurğulayıb.

“Sputnik Ermənistan” agentliyi xəbər verir ki, İrəvanda vandallıq aktı törədən erməninin adı Samvel Şirinyandır.

O da bildirilir ki, kişi öz hərəkətlərini lentə alaraq internetə yerləşdirib. O, çələnglərdən Rusiya bayrağının rənglərində olan lentləri qoparıb, yerə atıb tapdalayıb, sonra isə bütün çələngləri zərbələrlə dağıdıb.

Şirinyanın sözlərinə görə, o, Dağlıq Qarabağda ermənilərin etnik təmizləməsinin sənədləşdirilmədiyini bildirib.

“Zaxarova ötən gün dedi ki, artsaxda etnik təmizləmə aparıldığına dair heç bir sənəd yoxdur. Sənəd yoxdur. Maraqlıdır, Leninqradda blokada olduğuna dair sənədləşmə varmı? Heç bir sənəd yoxdur”, - Şirinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR