İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzadan sonra dava düşdü: Maşının şüşələrini sındırıb təkərlərini deşdilər - VİDEO

1210 07.05.2023 16:27 Hadisə A A

İstanbulda qəzadan sonra hadisə yerindən qaçan sürücünü yan küçədə yolunu kəsərək tutan digər şəxslər döyüb.

Musavat.com xəbər verir ki, saxladıqları avtomobilin şüşələrini sındıran və bıçaqla təkərlərini deşən şəxslər dava salıb. 

Tərəflər arasında çıxan davada iki nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı özəl xəstəxanaya aparılıb. Yaralılar xəstəxanaya aparılarkən digər şəxslər avtomobilə zərər verməyə davam edib. Daha sonra onlar hadisə yerindən piyada qaçıblar. 

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda polis göndərilib. Hazırda həmin şəxslərin tutulması üçün iş aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR