İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı, intihar etdi - TƏFƏRRÜAT

1696 13.10.2022 13:43 Hadisə A A

Bakıda əri qəzada ölən qadının intihar etməsi barədə bəzi detallar məlum olub.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, 34 yaşlı Umudova Nahidə Sadiq qızı səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər.

N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.

Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.

***

Bakıda intihar hadisəsi olub.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq, həyatına son qoyub.

Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.

Nahidənin də məhz ərinin ölümünə dözə bilməyib özünü asdığı bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR