İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada həlak olan hərbçimiz dəfn olundu

618 10.07.2022 20:34 Hadisə A A

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Novruz Tağı oğlu Tağıyevin nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Axar.az xəbər verir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Qeyd edək ki, Tağıyev Novruz Tağı oğlu iyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR