İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Paşinyanı divara dirəyir: “Rus NATO-su”ndan çıx, əks halda...”

1974 13.11.2023 20:09 Siyasət A A

Ermənistanın baş tutmayan, saxta bir dövlət olduğu artıq daşlaşmış həqiqətdir – riyakar tayfa bunu etiraf etmək istəməsə də. Diqqət edin, SSRİ-nin çöküşündən keçən 32 ildə hətta Tacikistan da pis-yaxşı öz dövlətçiliyini qurub. Keçmiş müttəfiq respublikalardan yalnız Ermənistandır ki, indiyədək Moskvanın total iqtisadi-hərbi asılılığındadır, sovet dönəmindəki kimi rusun dotasiyası ilə yaşayır.

Elə təkcə o fakt ki, Rusiya on illərdir təbii qazı öz forpostuna su qiymətinə, başqa ölkələrə satdığından 3 dəfə ucuz (!) satır özlüyündə hər şeyi deyir. Dotasiya ayrı necə olur ki.

Mavi yanacağı cəmi 50 faiz bahalaşdırmaq yetər ki, Ermənistanda qiymətlər kəllə-çarxa çıxsın, ara qarışsın, məzhəb itsin, “böyük bacı” Fransa da dadlarına çata bilməsin. Hələ onu demirik ki, hazırda Rusiyada Ermənistanın özündən çox erməni yaşayır, çörək qazanır və hər il “dalan” ölkəyə böyük pullar göndərilir. Onların yüzcə mini geri göndərilsə necə olar?

Heç bir ciddi təbii sərvəti, o sırada yeraltı mineral ehtiyatı olmayan, dünya okeanına çıxışdan məhrum nankor ermənilər isə onları uzun illərdir bu cür ağır blokada şəraitində bəsləyən, sərhədlərini qoruyan Moskvadan yenə narazıdırlar. Guya Kreml mifik “artsax”ı (oxu: erməni işğalını!) müdafiə etməyib, haylara qarşı xəyanətkar davranıb. Xəyanətkarın, böhtançının ən yekəsi özləri olduqları halda. Axı Rusiya necə Ermənistan tərəfdə vuruşa bilərdi ki, müharibə qanuni Azərbaycan torpaqlarında gedirdi və Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil(di)?..

1fb5b057-762b-43e8-9fdc-0ed024306efb.jpg (177 KB)

Məsələ ondadır ki, ermənilər özlərinin təksə iqtisadi problemlərini yox, haqsız siyasi tələblərini, qonşulara qarşı əsassız ərazi iddialarını da daima onun-bunun hesabına reallaşdırmağa çalışıblar. Təki özlərinə xətər-zad dəyməsin, əlləri “yanmasın”, “hazırın naziri” olsunlar. Sanki hamı özünü “əzabkeş” elan eləmiş bu məxluqata borcludur – biri ucuz qaz, ucuz silah, digəri torpaq və s. və i. a.

İndi də guya Rusiyadan qopub, Qərbə sarı getmək (oxu: Qərbə satılmaq!) istəyirlər. Amma eyni zamanda KTMT-dən çıxmağa tələsmirlər, havayı Rusiya qazı ilə qızınmaq, sərhədlərində İvanın durmasını arzulayırlar. Tipik hay ikiüzlülüyü yəni. Amma hər şeyin axırı gəldiyi kimi, bu hay sırtıqlığının da sonu yaxınlaşmaqdadır. Nədən söhbət gedir?

Bir neçə gün öncə (9-10 noyabr) Brüsseldə Aİ üzvləri təmsilçiləri səviyyəsində Ermənistanla münasibətlərin gələcəyinə həsr olunmuş və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da qatıldığı konfransda İrəvanın Qərbə inteqrasiya səyləri təqdir edilməklə yanaşı, onun qarşısında konkret tələb qoyulub. Özü də rəsmi sənəd şəklində: Ermənistan Rusiyaya bağlı iqtisadi, hərbi blokları tərk eləməlidir. Yəni KTMT-dən (“Rus NATO-su”), Avrasiya İqtisadi Birliyindən, Gömrük İttifaqından, MDB-dən çıxmalıdır (Sözsüz ki, bütün bunlar avtomatik şəkildə həm də Ermənistanda Rusiya hərbi bazasının bağlanmasına gətirəcək). Əks halda, aydın şəkildə mesaj verilib ki, Ermənistan Avropa İttifaqının böyük maliyyə dəstəyindən gözünü çəkməlidir. Ayrı sözlə, daha kapitulyant ölkənin KTMT, MDB tədbirlərini sadəcə, boykot eləməsi kifayət etməyəcək!

Bax belə. Kim öz düşməninin dostuna kömək edər ki? “Demokratiya” çuxasına bürünən Paşinyan hökuməti isə elə zənn edirdi ki, kollektiv Qərbi sonsuzadək boş-boş bəyanatlarla aldada biləcək. “Əzabkeş xaql”ın bir əlindən Rusiya, bir əlindən də ABŞ (Qərb) tutmağa davam edəcək. Xeyr. Bu artıq kollektiv Qərb üçün elə bir “qırmızı xət”dir ki, güclü erməni lobbisi də burda çarəsiz.

Qısası, Ermənistan qərbçi olduğunu sübut etmək üçün Gürcüstanın yolunu tutmalıdır. İndi buyursun, bu meydan, bu da şeytan. Görək Nikol Vovayeviç və komandasının rus demiş, “duxu” çatacaqmı?..

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR