İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb İrəvanı buna sövq edir - Mixail Qaluzindən HİDDƏTLİ ÇIXIŞ

629 18.06.2024 16:30 Dünya A A

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qərblilərin İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmağa sövq etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

“Biz Ermənistanla əlaqələrimizi səmimiyyətlə qiymətləndiririk və onları qarşılıqlı hörmət əsasında, qarşılıqlı faydalı şəkildə qurmağa çalışırıq. Qərb isə əksinə, respublikaya Rusiya və Cənubi Qafqazın digər ölkələrinə qarşı hibrid müharibənin alətlərindən biri olaraq baxır. Məqsəd bəllidir - erməni “plasdarmı”ndan istifadə edərək regionda daha bir gərginlik mənbəyi yaratmaq. Biz görürük ki, Ermənistan Avropa layihələrinə fəal şəkildə cəlb olunur. Təxmin etmək çətin deyil ki, bununla Ermənistan iqtisadiyyatını son illərdə rekord artımla təmin edən mexanizmlərdən məhrum edəcəklər. Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi erməni biznesi üçün əsas bazarın itirilməsi demək olacaq.

Təəssüf ki, Qərb rəvayətlərinin təsiri altında ikitərəfli siyasi təmasların kəskin şəkildə daralması müşahidə olunur. İrəvandan getdikcə Rusiya, KTMT və mövcud təhlükəsizlik sisteminə qarşı əsassız tənqidlər eşidilir. Bu, ən azı qeyri-konstruktiv və uzaqgörən olmayan bir mövqedir” - deyə Rusiya rəsmisi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR