İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb Ermənistana qala kimi baxır, Rusiya ilə...” - Camalyan

768 17.07.2024 15:44 Son xəbər A A

“Qərbin intriqaları ona gətirib çıxarır ki, Ermənistan nəinki Rusiyadan uzaqlaşır, həm də onun düşməninə çevrilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli hərbi ekspert David Camalyan bildirib.

Onun sözlərinə görə, KTMT daxilində bütün ziddiyyətlərə baxmayaraq, Ermənistan bu təşkilatın tamhüquqlu üzvüdür:

“NATO Ermənistanın KTMT-dən çıxacağı təqdirdə ölkəyə alyansa tam üzv olmaq imkanını təmin etməyəcək. Baltikyanı ölkələr istisna olmaqla, postsovet ölkələrindən heç biri yaxın gələcəkdə NATO-ya daxil olmayacaq. Beləliklə, Qərb Ermənistanı KTMT-dən çıxarmaqla Rusiya Federasiyasının sərhədlərində hansısa “üçüncü dərəcəli yarımdövlət qurumu” təmin etməyə çalışır. Bunun nəticəsində Ermənistan Rusiya sərhədlərində anti-qalaya çevriləcək”.

Camalyan Ermənistanın NATO ilə birgə keçirdiyi təlimlərə də toxunub:

“Baş verənlər bir tərəfdən ordunun döyüş hazırlığına ciddi təsir etmədiyi kimi, digər tərəfdən həm Rusiya, həm də İranla ciddi problemlərə səbəb olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR