İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva tovuzlu gənclərlə görüşüb - Foto

518 17.07.2022 13:10 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın 2022-ci il üzrə Gənclər Paytaxtı olan Tovuzun Qovlar şəhərində yerləşən Gənclər Evində tovuzlu gənclərlə görüşüb.

Musavat.com-un xəbərinə görə, təhsildə, idmanda, yaradıcılıqda, digər əməli fəaliyyət sahələrində fərqlənən gənclərlə, o cümlədən rayonun ictimai həyatında çox fəal olan Tovuz Rayon Gənclər Evinin könüllüləri ilə görüşdən məmnunluğunu bildirən millət vəkili Gənclər Paytaxtı sakinləri olaraq bu fəxri adın məsuliyyətinə, şərəfinə uyğun fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Görüşdə gənclərin ürək sözləri dinlənilib. Hər bir gəncin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Ən müxtəlif mövzular üzrə müraciət edən görüş iştirakçılarının qayğıları, uğurları ilə yaxından tanış olan Qənirə Paşayeva onlara yeni uğurlar arzulayıb.

Millət vəkili ictimai həyatda, yaradıcılıqda fərqlənən gənclərə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb, müəllifi olduğu kitabları imzalayıb.

Görüşdə Rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR