İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva seçicilərlə görüşüb - FOTO

530 13.07.2022 12:06 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz şəhərindən və şəhərə bitişik kəndlərdən olan seçicilərlə görüşüb.

Musavat.com-un xəbərinə görə, görüşdə şəhid ailələri, müxtəlif yaş və fəaliyyət qruplarından olan vətəndaşlar, o cümlədən gənclər, fiziki imkanları məhdud insanlar, pensiyaçılar, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri, başqaları iştirak edib.

Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Ən müxtəlif mövzular üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanan Qənirə Paşayeva əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb.

Q.Paşayeva seçicilərin iş, yol, su, qaz, mülkiyyət hüququnun sənədləşdirilməsi, pensiya, məhkəmə işi və s. ilə bağlı qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlamağı səlahiyyətli şəxslərdən xahiş edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR