İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva gənc könüllülərlə - FOTO

446 13.07.2022 10:34 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın 2022-ci il üzrə Gənclər Paytaxtı olan Tovuzda gənc könüllülərlə görüşüb.

Musavat.com-un xəbərinə görə, könüllülük fəaliyyətində fərqlənən gənclərlə görüşdən məmnunluğunu bildirən millət vəkili respublikamızda könüllülüyün özünəməxsus tarixi oldğunu, bununla belə, könüllülük fəaliyyətinin son illər xüsusi inkişaf mərhələsi keçdiyini qeyd edib.

Bakıda keçirilən Avropa Musiqi Yarışmasında, I Avropa Oyunlarında, IV İslam Oyunları və digər mühüm beynəlxalq tədbirlərdə, habelə "ASAN xidmət"də, DOST xidmətində, Kənd təsərrüfatı nazirliyi sistemində və vətəndaş cəmiyyəti institutlarında minlərlə könüllünün səmərəli xidmət göstərdiyini vurğulayan Qənirə Paşayeva müstəqil Azərbaycan Respublikasında könüllülük fəaliyyətinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə sıx bağlı olduğunu qeyd edib.

Q.Paşayeva Gənclər Paytaxtı sakinləri olmağın məsuliyyətinə, şərəfinə uyğun fəaliyyətlərinə görə könüllülərə təşəkkür edib.

Görüşdə gənclərin ürək sözləri dinlənilib. Millət vəkili onlara yeni uğurlar arzulayıb. Qənirə Paşayeva könüllülərə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb, müəllifi olduğu kitabları imzalayıb.

Görüşdə Rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR