İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Əməkdar artist Ələkbər Əliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib FOTO

1129 01.05.2022 18:23 Mədəniyyət A A



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyevlə görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva aşağıdakıları bildirib:

“Hörmətli Ələkbər müəllim,
Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm!

Siz 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya fakültəsini bitirmisiz. Elə həmin il, təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatrın) aktyor truppasına qəbul olunmusuz. O vaxtdan tamaşalarda sevilən obrazlar yaratmısız. Hal-hazırda da həmin teatrda çalışırsız.

Siz 1997-ci ildə Akademik Opera və Balet Teatrının hazırladığı, Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” tamaşasında Vəli roluna dəvət almısız. 2007-ci ildə isə bu teatrın dəvəti ilə Üzeyir bəy Hacıbəylinin “O olmasın bu olsun”da Həsənqulu bəy obrazını canlandırmısız. Bu günədək Akademik Opera və Balet Teatrında o obrazların tək ifaçısısız.

Akademik Musiqili Teatrda “Nəğməli Könül”də Ramazan, Kərim Dağlar, “Olmadı elə oldu belə “də Anar, “O olmasın bu olsun “da Sərvər, Rüstəm bəy, “Arşın mal alan”da Əsgər, Vəli, “Gözün aydın”da Alay, “Subaylarınızdan görəsiz”də Fəğan, “Hicran”da Dadaşbala, “Bəbirlinin kələkləri”ndə Arif, “Beş manatlıq gəlin”də Qiyas, “Qızılgül”də Etibar, “Dəli dünya”da Fərəc, “Səhnədə məhəbbət”də Ayxan, “Məhəbbət oyunu”nda Camal, “Milyonçunun dilənçi oğlu”nda Eynəkli, “Yeddi məhbusə anası”nda polis Aslan, “Mən dəyərəm min cavana”da Rüstəm, “Xanuma”da Knyaz Pantiaşvili, “Kimyagər”də Ağa Zaman, Azərbaycanda ilk uşaq müzikil tamaşası “Ələddin”də Soltan kimi yaddaqalan rollar oynamısız.
Televiziya seriallarında – “Zəncirbənd”də Elşən, “Aramızda qalsın”da Xoşbəxt, “Qız atası”nda Elçi, “Qardaşlar “da Cavanşir, “Leyli və Məcnin”da Məhərrəm, “Niyə”də serjant Şıxov, “İdarə”də Qonşu, “Nikolayın evi”ndə Balabəy və b. obrazlar yaratmısız.

2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülmüsüz.
Sizi bütün uğurlarınız və 65 illik əlamətdar yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Qənirə Paşayeva yubilyara Təbrik Məktubu və xatirə hədiyyəsi təqdim edib.
Əməkdar artist Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR