İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Dünya ədəbiyyatı” dərgisinin “İsrail” özəl sayının təqdimatında çıxış edib VİDEO

355 12.03.2022 17:33 Mədəniyyət A A

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Dünya ədəbiyyatı” dərgisinin “İsrail” özəl sayının təqdimatında çıxış edib

Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATƏVAN Klubunda AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “İsrail” sayının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri və Komitənin əməkdaşları, AYB rəhbərliyi, İsrailin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri və İcmanın nümayəndələri, tanınmış ədəbiyyat adamları, ictimai xadimlər, KİV və QHT təmsilçiləri iştirak edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva İsrailin Azərbaycan üçün dost ölkə olduğunu, əlaqələrimizin uzun bir zaman içərisində inkişaf edərək indiki yüksək səviyyəyə qalxdığını qeyd edib. O, İsrail tərəfindən Azərbaycanın haqq işinə güclü mənəvi dəstək verildiyini, xalqlarımız arasında bağlılığın daha da möhkəmləndiyini bildirərək, təqdim olunan nəşrin də bu cəhətdən xüsusi önəm daşıdığını dilə gətirib. Belə ədəbi-mədəni layihələrin münasibətlərdə çox səmərəli rol oynadığını bildirən Q.Paşayeva mədəniyyət müstəvisində Azərbaycan-İsrail təmaslarının bundan sonra da yüksələn xətt üzrə irəliləyəcəyinə inamını ifadə edib. Komitə sədri bu cür layihələri dəstəkləməkdən məmnun olduqlarını deyərək, dərginin redaksiya heyətinə “İsrail” sayı üçün təşəkkür edib və yeni uğurlar arzulayıb.

Arzu edənlər tədbiri bu linkdən izləyə bilər:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR