İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Ankarada bir sıra görüşlər keçirib - Fotolar

326 31.12.2022 18:36 Region A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Ankarada bir sıra önəmli görüşlər keçirib, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıb.

Musavat.com xəbər verir ki, komitə sədri Türkiyə daxili işlər nazirinin müavini Mehmet Ərsoy, Türkiyə mədəniyyət-turizm nazirinin müavini Özgül Özkan Yavuz, Etiməsqut Bələdiyyəsinin başqanı Ənvər Dəmirəl, Türkiyə Muxtarlar Konfederasiyasının başqanı Bəkir Aktürk, həmin Konfederasiyanın Qadın Qolları başqanı, Samsunun Atatəpə rayon muxtarı Həvva Rəndəçi, qardaş ölkənin müxtəlif vilayətlərindən gəlmiş digər qadın muxtarlarla görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasındakı yüksək səviyyəli müttəfiqlik münasibətlərindən, sarsılmaz dostluq-qardaşlıq əlaqələrindən söz açaraq, müxtəlif əməli fəaliyyət sahələri, özəlliklə mədəniyyət-sənət sahəsində atılacaq addımlarla həmin birlik-bərabərlik ruhunun daha da gücləndirilməsini mənəvi borc olaraq qiymətləndirib.

“5 dekabr – Beynəlxalq Qadın Hüquqları Günü” və Türkiyədə qadınlara seçmək-seçilmək hüququ verilməsinin 88-ci ildönümü münasibəti ilə keçirilən tədbirlərlə bağlı Qənirə Paşayevanın rəhbərliyi ilə Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti də sözügedən görüşlərdə iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR