İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlıqdan əklil oğurlayıb dolanan xalq – İsgəndəryanın xam xəyalı

1958 26.04.2022 15:41 Yazarlar A A

Xankəndində məzəli, əslində isə tragikomik bir olay yaşanıb. “Şeytan yuvası”nda gül oğrusu yaxalanıb. Məlum olub ki, o, ordumuzun gəbərtdiyi separatçı quldurların şəhər qəbiristanlığındakı məzarları üstündən 151 əklil oğurlayıb. Onların 109-nu söküb gül dəstələri şəklində satmağa müvəffəq olub, yerdə qalanını da Ermənistana aparacaqmış.

Bir yandan baxanda düz edib. Çünki müqəddəs torpaqlarımıza basdırılan bu cani alçaqların murdar leşləri heç bir gül çələnginə, hörmətə-sayğıya layiq deyil...

Olayda başqa maraqlı məqam odur ki, oyuncaq rejimin oyuncaq polisinin saxladığı 33 yaşlı həmin şəxs sən demə, Ermənistan vətəndaşı imiş. Sonra da radikal-revanşist müxalifət zümrəsi gileylənir ki, İrəvanda Paşinyan əleyhinə aksiyalara niyə cəmi 2-3 min erməni qatılır. Çünki ağlını itirməmiş erməni boşboğaz siyasətbazların yox, öz ailəsinin, dolanışığının hayındadır...

İndi bütün bunların fonunda “bərkgedən” erməni politoloqlardan biri Aleksandr İsgəndəryan görün özünə nə ilə təsəlli tapır, nə çərənləyir. Öz aləmində Bakıya həqarət edən bu üzdəniraq ekspert deyir: “Əliyev nə istəyir danışa bilər. Amma fakt budur ki, “artsax” problemi onun dediyi kimi, həll olunub-eləməyib. Əks halda, nədən o, özününkü hesab elədiyi “artsax”a səfər eləmir? Orada - “artsax”da insanların öz pasportları, öz valyutaları var, öz dillərində danışırlar. Və nəhayət, digər dövlətin hərbçiləri - Rusiya sülhməramlı kontingenti “artsaxı” özününkü sayan Azərbaycanda nə gəzir?”

Əvvəla, məşhur kinopersonaj Qəmlonun sözü olmasın, hanı sənin “top-top xanan” - milli pasportun, milli valyutan? Kimə gəlirsən? Guya bilmir ki, Qarabağ erməniləri xarici aləmə yalnız Ermənistan pasportları ilə çıxır, erməni dramından istifadə edirlər. Bəs deyirdiz ki, “ikinci erməni dövləti” qurmuşuq.

Ərazimizdə müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingentinə gəlincə, onların sayı 2 mini aşmır. Sabah Bakı istəməsə, çıxıb gedəcəklər. Amma sən Ermənistanda 50 illiyə (1997-2047) dislokasiya olunmuş və on minlərlə hərbçini özündə birləşdirən Rusiya hərbi bazalarından danış. “Müstəqil” olandan Ermənistanın İran və Türkiyə ilə sərhədlərini rus hərbçilərinin (FTX) qorumasından söz aç! Bütün bunlardan sonra hələ utanmazcasına Ermənistanın suverenliyi və müstəqilliyindən də dəm vururlar...

Yəni, gedin, gözünüzdəki tiri götürün öncə. Görək götürə bilirsizmi? Dərdimizi çəkmək də sizə qalmayıb. Biz səbir eləməyi bacaran xalqıq. 30 il dözdük, neylək, 3 il də dözərik. Heç darıxıb-eləməyin, uzağı, 2025-ci il üçün Xankəndində nə bir yad ölkənin pasportu işləyəcək, nə də onun pulu. Rus hərbçiləri də “davay, do svidaniya”lıq olacaq!

Xülasə, isgəndəryanlar öz saydıqlaırnı saysınlar, biz də bu tərəfdə sayırıq. 44 günə işğalçı ordunu darmadağın edən, ermənipərəst həmsədrləri tərən-pərən salan (o dərəcədə ki, artıq tək-tək, ayrı-ayrılıqda da Bakıya gəlməyə cürət eləmirlər) bir xalq bunu da bacaracaq! Heç Qarabağdakı komanda qüvvələrinə ehtiyac qalmayacaq...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR