İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan borc bataqlığına sürüklənir

477 25.07.2024 14:00 Region A A

Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ölkənin dövlət borcu 2023-cü ilin sonu ilə müqayisədə 311,8 milyon dollar artaraq yeni rekord səviyyəyə - 12 milyard 157,2 milyon ABŞ dollarına çatıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Kacaran tunelinin tikinisi üçün əlavə olaraq 300 milyon dollar borcun alınması bu rəqəmi daha da artıracaq.

Yerli medianın yazdığına görə, borc strukturunda baş verən dəyişikliklər ciddi maraq doğrurur. Daxili borcun ümumi dövlət borcunda xüsusi çəkisi 47,3 faizdən 50,7 faizə, milli valyutada borcun payı isə 45,9 faizdən 49,4 faizə yüksəlib.

Ermənistan Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ilin sonuna ölkənin dövlət borcunun 5 trilyon 314 milyard drama qədər artacağı gözlənilir ki, bu da 13,5 milyard ABŞ dollarına bərabərdir.

Belə görünür ki, 2024-cü ildə Ermənistan dövlət borclarına xidmət etmək və ödəmək üçün xeyli vəsait ayırmalı olacaq.

Bu xərclərin ümumi məbləği 805,2 milyard dram (2 milyard ABŞ dollarından çox) təşkil edəcək. Bu məbləğdən 483 milyard dram (1,2 milyard dollardan çox) borcun əsas hissəsinin ödənilməsinə, 322,2 milyard dram (827 milyon dollardan çox) isə borclar üzrə faizlərin ödənilməsinə yönəldiləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR