İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naxçıvan Bank”ın bağlanma səbəbilə bağlı AÇIQLAMA

431 25.07.2024 14:26 Ölkə A A

“Naxçıvan Bank”ın bağlanmasının səbəbi kimi onun səhmdarlarının qərarı göstərilir. Belə ki, bu bankın maliyyə göstəriciləri qənaətbəxş olsa da, yəni likvid aktivləri kreditor öhdəliklərini üstələsə də, səhmdarlar onun bağlanmasına və BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilməsinə qərar verib”.

Bu barədə Musavat.com-a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

eldeniz_emirov-1.jpg (57 KB)

O əlavə edib ki, BOKT-ların bank olmaq arzusu ilə çarpışdığı bir dünyada “Naxçıvan Bank”ın səhmdarları niyə BOKT olmağı arzulayıb?

Ümumiyyətlə, bankların sayının azalması bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir. Düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu onların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil. İnsan ayağında problemli (xəstə) barmaq olanda o insanın rahat yeriməsinə mane olur. Bu xəstə barmaqdan xilas olmaq üçün onu amputasiya etmək olar. Amma bu ən yaxşı yol deyil. Çünki hər xəstə barmaq amputasiya olunarsa, bir gün insan 2-3 barmağın ümidinə qalar və yerimək qabiliyyətini itirər. Ona görə də yaxşı olardı ki, maksimum dərəcədə problemli barmaqlar müalicə olunsun. Axı müalicənin yüz üsulu var, amputasiyanın isə bir”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR