İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlıqda çılpaq fotosessiya: 5 ilə qədər həbs gözləyir

1600 19.06.2024 20:52 Dünya A A

Sankt-Peterburqda qəbiristanlıqda erotik fotosessiya təşkil edənlər saxlanılıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyatçılar fotosessiyanın 27 yaşlı təşkilatçısı, 37 yaşlı fotoqrafı, həmçinin Pskovda saxlanılan 19 yaşlı "model"i yaxalayıblar. Təqsirləndirilən şəxslərə qarşı iki maddə - ölənlərin cəsədlərini və dəfn yerlərini təhqir etmə, vicdan və din azadlığı hüququnu pozma ilə cinayət işi açılıb.

Qeyd olunur ki, iyunun 16-da Krasnoqvardeyski rayonundakı Bolşeoxtinski qəbiristanlığında erotik fotosessiya və tamaşa baş tutub. Şəkillər internetə düşdükdən sonra məlum olub ki, tədbirin təşkilatçısı rəssam Annadır. O, şəkilləri sənət xatirinə çəkdiyini açıqlasa da, qalmaqaldan sonra Rusiyanı tərk etmək qərarına gəlib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Annanı beş ilə qədər həbs gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR