İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, 16 nəfər xəsarət alıb, 3-nün durumu ağırdır- VİDEO- YENİLƏNİB

650 26.05.2023 15:11 Hadisə A A

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəbələdə Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəza baş verən yolda tikinti işlərinin aparıldığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR