İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazinyan: “Ermənistan Qərbə buna görə lazımdır”

1380 29.12.2023 17:03 Son xəbər A A

“Əgər Ermənistan Qərbin təsir zonasına düşərsə, indiyə qədər Fransa, Yunanıstan və Cənubi Kipr kimi ölkələrin daxil olduğu anti-Türkiyə bloku çərçivəsində olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş üzvü Artur Qazinyan deyib.

“Fransa-Yunanıstan-Cənubi Kipr koalisiyası Qərbin Türkiyəni cilovlamaq siyasətinin tərkib hissəsi kimi yaradılıb. Bəli, Türkiyə də yuxarıda qeyd etdiyimiz ölkələr kimi, NATO-nun üzvüdür, lakin ailələrdə belə ziddiyyətlər var və ona görə də bu məsələdə hər şey o qədər də sadə deyil. Ona görə də bəzi anti-Türkiyə koalisiyaları yaradılır və Ermənistan da Qərb tərəfindən onların bir hissəsi kimi qəbul edilir”, - deyə Qazinyan yerli “İcmal” proqramında bildirib.

O, xüsusilə Fransa ilə hərbi-texniki əməkdaşlıq üzrə əldə olunan razılaşmalara diqqət çəkib.

“Bu yaxınlarda Yunanıstanla da oxşar razılaşmalar əldə olunub. Ermənistan silah alışını şaxələndirir. Bu addımların doğru və ya yanlış olduğunu söyləmək çətindir, bu diversifikasiyanın əlavə təhlükəsizlik təminatları verib-vermədiyini, yoxsa əksinə, yeni təhdid mənbələri yaratdığını zaman göstərəcək”, - Qazinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR