İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilərdən birdəfəlik ödənişlə bağlı AÇIQLAMA - MİNNƏTDARLIQ

735 02.08.2022 13:48 Sosial A A

Xəbər verildiyi kmi, birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib.

Musavat.com xəbər verir ki, məsələylə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyevin açıqlaması yayılıb. Açıqlamada deyilir:

“Bildiyiniz kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi problem olaraq qalırdı. Məsələ ilə bağlı bir neçə il əvvəl, hələ Baş qazimiz Etimad Əsədovun sağlığında təşkilatımız "Şəhid Ailələri" birliyi ilə birgə bu məsələni qaldırmışdı. Qanunvericiliyin yaratdığı problemi ölkə prezidenti cənab İlham Əliyev həm Şəhid ailələri, həm də Qarabağ əlilləri üçün “Birdəfəlik ödəmə” ilə həll etdi. Əslində bu, cənab Prezitentimizin şəhid ailələrinə və qazilərə növbəti humanitar yanaşması idi. Biz bunu yüksək qiymətləndiririk. Prezidentimizin şəhid ailələrinə, qazilərə qarşı humanist yanaşması birinci dəfə deyil. O həmişə müharibə insanlarına diqqət və qayğı göstərmişdir.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun yaratdığı problemi yaxından bilən təşkilat olaraq, “Qarabağ qaziləri” İctimai Birliyi adından bu humanitar addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildirirk! Biz - Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin yanındadır! Onun Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində gördüyü bütün işləri dəstəkləyirik!”

A.Əliyev, eyni zamanda, bu işin başa gəlməsində əməyi keçən hər kəsə, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə və onun komandasına təşəkkür edib!

“Ümid edirik ki, bu işin icrasını həyata keçirəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi uğurla başa çatdıracaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR