İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda DƏHŞƏT: ölü sayı 33-ə çatdı, 13 nəfər isə...

698 28.10.2023 22:25 Son xəbər A A

Qazaxıstanın Karaqanda bölgəsindəki Kostenko adına şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, 13 şaxtaçı itkin sayılır, onların axtarışları davam etdirilir.

Qazaxıstan ixtisaslı hərbiləşmiş qəza xidmətinin rəsmisi Gennadi Silinskinin verdiyi məlumata görə, partlayış o qədər güclü olub ki, zərbə dalğası 2 km radiusda böyük dağıntılar törədib. Partlayışdan sonra şaxtanın bir neçə yerində lokal yanğınlar baş verib.

Qazaxıstan rəsmiləri itkin sayılan 13 nəfər şaxtaçının sağ qalma ehtimalının demək olar ki, olmadığını etiraf ediblər. Lakin onların hamısı tapılana qədər axtarışların davam edəcəyi açıqlanıb. Axtarışları çətinləşdirən əsas amil şaxtaçılarda onların yerini müəyyənləşdirməyə imkan verən GPS təminatının olmamasıdır. Şaxtanı istismar edən "ArcelorMittal Temirtau" şirkəti işçiləri belə avadanlıqla təmin etməli olduğu halda, bunu etməyib.

Qeyd edək ki, "ArcelorMittal Temirtau" beynəlxalq konsernin tərkibində fəaliyyət göstərir. Şirkət Qazaxıstanda 15 kömür şaxtası və bir neçə dəmir filizi yatağını istismar edir. Baş vermiş partlayışdan sonra bu gün prezident Kasım-Jomart Tokayev konsernlə investisiya müqaviləsinə xitam verilməsini tapşırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR