İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan qaz almaq niyyətində olmadığını açıqladı

398 08.11.2023 13:42 Dünya A A

"Qazaxıstan hələ ki, öz ehtiyacları üçün Rusiya qazını almağı planlaşdırmır".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib: "Bu göstərici balansdan asılı olacaq".

Qeyd edək ki, oktyabrda Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana nəqli başlayıb. O zaman Rusiya rəsmiləri dəfələrlə Qazaxıstana da qaz almasını təklif ediblər. Ötən ay Satkaliyev bildirmişdi ki, Qazaxıstan proqnozlaşdırılan daxili qaz kəsirini Rusiyadan tədarük hesabına ödəyə bilər. Lakin sonradan məlum oldu ki, Macarıstanın MOL şirkəti çox tezliklə yeni qaz yatağından hasilata başlayır. Buna görə də Rusiyadan qaz alınması planları təxirə salındı.

Noyabrın 7-də Qazaxıstanın Energetika Nazirliyi Astana, Jambıl və Şimali Qazaxıstan vilayətlərində yanacaqdoldurma stansiyalarına mayeləşdirilmiş qazın verilməsində fasilələr yarandığını bildirib. Onlar yaxın günlərdə problemi həll edəcəklərinə söz veriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR