İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyadan 3 milyard kubmetr qaz alacaq

508 01.11.2023 19:22 İqtisadiyyat A A

Qazaxıstan Rusiyadan ildə 3 milyard kubmetr qaz almağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar məlumat verib:

"Biz Rusiyadan Qazaxıstana qaz tədarükünün daha da artırılmasını gələn ilin ortalarında müzakirə edəcəyik. İndi təxminən 3 milyard kubmetrlik alqı-satqıya dair sazişə imza atacağıq, sonra artım məsələsini müzakirə edəcəyik".

O əlavə edib ki, Rusiya qazının Qazaxıstan üzərindən üçüncü ölkələrə tranziti də nəzərdən keçirilir, lakin konkret istiqamətləri qeyd etməyib: “Bu bir prosesdir, biz danışıqlar mərhələsindəyik. Biz bütün istiqamətləri müzakirə edirik".

Qazaxıstan rəsmisi bildirib ki, üçüncü ölkələrə tranzitlə bağlı söhbət həm də Çindən gedir. Onun sözlərinə görə, “Qazprom” ilə ilkin texniki-iqtisadi əsaslandırma çərçivəsində Qazaxıstanın beş rayonunun qazlaşdırılması layihəsi hazırlanır.

Qeyd edək ki, oktyabrda Pekində “Bir kəmər Bir yol” forumunda Qazaxıstan Çinə qaz tədarükünün artırılmasına dair müqavilə imzalayıb.

Halbuki Astana son illərdə mövcud sazişdə Çinə çatdırılması nəzərdə tutulan həcmləri təmin edə bilmir. Bu baxımdan, yeni sazişin qaz mənbəyinin hara olacağı hələ də müzakirə edilir. Belə görünür ki, Qazaxıstan da Özbəkistan kimi, daxili tələbatı Rusiya qazı ilə təmin edib, Çinə ixracı artırmaq niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR