İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan açıqladı: Bayramov və Mirzoyan Almatıda görüşəcək

584 30.04.2024 23:15 Siyasət A A

Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov RİA Novosti-yə deyib.

Nazirlik rəsmisinin dediyinə görə, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”.
Qeyd edək ki, bir qədər əvvəl Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev RİA Novosti-yə bildirib ki, Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR