İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan 3 böyük hava limanını özəl idarəçiliyə verir

350 19.12.2023 17:48 Dünya A A

Qazaxıstan hökuməti 3 regional hava limanını beynəlxalq investorların idarəetməsinə verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, ölkənin nəqliyyat naziri Marat Karabayevin verdiyi məlumata görə, hazırda Aktobe, Türküstan və Qızılorda şəhərlərindəki hava limanlarının idarəetməyə verilməsi üçün potensial investorlarla danışıqlar aparılır:

“Ölkə hava limanlarında multimodal mərkəzlərin yaradılması məqsədilə zəruri səriştələrə və kapitala malik özəl investorların cəlb edilməsi istiqamətində kompleks işlər görülür. Aktobe, Türküstan və Qızılorda hava limanlarının iri bu sahədə təcrübəsi olan qlobal şirkətlərin etibarlı idarəçiliyinə verilməsi ilə bağlı danışıqlar aparılır” - o deyib.

Bundan başqa, onun sözlərinə görə, özəl investorların cəlb edilməsi istiqamətində görülən işlər çərçivəsində Astana, Almatı və Çimkənd hava limanlarına investorların cəlb edilməsi ilə uçuş-enmə zolaqlarının, yanacaqdoldurma komplekslərinin yenidən qurulması, sərnişin və yük terminallarının genişləndirilməsi üzrə işlər mərhələli şəkildə həyata keçirilir.

Nazir xatırladıb ki, investor Qaraqanda hava limanında uçuş-enmə zolağının modernləşdirilməsini və onu lazımi xüsusi avadanlıqla təchiz etməyi planlaşdırır: “Bu işlərə ümumilikdə 2,4 milyard ABŞ dolları özəl investisiya, o cümlədən xarici investisiyalar cəlb olunur.

Hazırda Qazaxıstanın Almatıdakı ən böyük hava limanı Türkiyənin TAV Airports holdinqi tərəfindən idarə olunur. Bundan əlavə, 2023-cü ilin payızında Qazaxıstan “Terminals Holding” şirkətlər qrupu (BƏƏ) ilə Astana hava limanının multimodal mərkəz kimi inkişafı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Ehtimal olunur ki, investor paytaxt hava limanının fəaliyyətini qiymətləndirəcək və sonradan onun əməliyyat idarəçiliyini öz üzərinə götürəcək. Yerüstü infrastrukturun yenidən qurulmasına 2024-cü ildə başlanılması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR