İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxın dörd kəndinin azad olunması Azərbaycanın növbəti tarixi uğurudur - RƏY

512 24.05.2024 13:48 Siyasət A A

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunması Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində növbəti tarixi uğurudur.

Musavat.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarının qaytarılması fonunda yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri yada salmaq yerinə düşər:

“Dövlət başçısı müsahibəsi zamanı bildirmişdi ki, o kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “Yəni bizim mövqeyimiz bundan ibarətdir”. Elə məhz bu gün sözügedən 4 kəndin Azərbaycana təhvil verilməsi ölkə başçısının qəti siyasi iradəsinin nəticəsidir”.

f776bcad-37c3-4d08-8987-bfad1ad3.jpg (248 KB)
Azay Quliyev

A.Quliyev bildirib ki, həmin kəndlərin dövlət başçsının bir sözü ilə qaytarılması "dəmir yumruq" kimi "dəmir iradə"nin də yerində olduğunu bir daha sübut edir:

"Beləliklə, regionda yaradılmış yeni reallıqlar fonunda Azərbaycan diktə edən tərəf kimi öz sözünü bir daha demiş oldu. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror tədbirlərindəki qələbəmizin davamıdır. Bu tarixi uğura görə Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinlərinə gözaydınlığı verirəm. Azərbaycan xalqı bu tarixi anları bizə yaşadan müzəffər Ali Baş Komandana və şanlı ordusuna minnətdardır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR