İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adı məlum olub

1262 22.09.2022 22:34 Hadisə A A

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR