İnsanlara hürriyət, millətlərə istiqlal!

Qasim Süleymaninin öldürülməsinin ildönümü yürüşündə PARTLAYIŞ- 103 nəfər ölüb- VİDEO

3804 03.01.2024 18:07 Dünya A A
İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
 
Bu barədə “Tasnim” məlumat yayıb.
 
Yaralıların sayının 200-dən çox olduğu bildirilir.
 
 

***

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

***

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb

***

İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında törədilən partlayışlar nəticəsində azı 20 nəfər ölüb. Bu barədə IRIB dövlət televiziyası məlumat yayıb.

***

İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə partlayış nəticəsində 15 nəfər yaralanıb.

Həmin andan görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR