İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşı və dostu ilə əlbir olaraq yetkinlik yaşına çatmayan qızı QAÇIRTDI... - VİDEO

715 06.07.2023 17:17 Kriminal A A

Azərbaycanda yetkinlik yaşında olan qız qaçırılıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Sabirabad rayonun Qaragüney kəndində baş verib. Rayon Polis Şöbəsinə kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar. Dindirilmə zamanı Elgün Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib.

"Qız artıq ailəsinə təhvil verilib".

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR