İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkədə daha bir FACİƏ - Yüzlərlə şaxtaçı dağıntılar altında QALDI VİDEO

1331 13.09.2023 17:51 Region A A

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: “Çökmə 4 nəfərin işlədiyi hissədə baş verib. Bundan başqa heç bir risk yoxdur. Partlayış yoxdur, çökmədir”.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR