İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın baş terrorçusu “hökumət-hökumət” oyununa başladı-David Babayan “vuruldu”

908 11.01.2023 14:15 Region A A

 

Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan bir sıra “fərmanlar” imzalayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Srbuhi Arzumanyan “artsax”ın “aparatı rəhbərinin birinci müavini” vəzifəsindən azad edilərək “ədliyyə naziri” təyin edilib.

Aram Sarkisyan isə “şəhərsalma naziri” təyin edilib.

David Babayan “xarici işlər naziri vəzifəsinin icraçısı” vəzifəsindən azad edilib. Sergey Qazaryan qondarma rejimin Ermənistan Respublikasındakı “daimi nümayəndəsi” vəzifəsindən azad edilərək, “xarici işlər naziri” təyin edilib.

Armen Manqasaryan “sosial inkişaf və miqrasiya naziri” təyin edilib. Arutyunyan Armen Manqasaryanın “mənzil məsələləri komitəsi”nin “sədri” vəzifəsindən “azad edilməsi” haqqında oyuncaq “hökumət”in qərarını da təsdiqləyib.

Bu vəzifə müvəqqəti olaraq komitə sədrinin müavini İnna İşxanyana “həvalə edilib”.

Göründüyü kimi, Qarabağ ermənilərini girovluqda saxlayan separatçı-terrorçu rejim hələ “hökumət-hökumət” oyununu oynayır və Azərbaycanın səbrini daşırmağa çalışır. Bu arada, Vitali Balsanyanın ardınca David Babayanın “vurulması” da diqqət çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR