İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağı könüllü tərk edən ermənilər Ermənistanda da qalmırlar, səbəb budur-RƏY  

823 12.10.2023 15:30 Siyasət A A

 

 

“Paşinyan son günlər bir sıra açıqlamalarla yadda qalıb. Bugünkü açıqlaması da diqqətçəkəndir. Düşünürəm ki, Ermənistanı  tərk edən ermənilərin əksəriyyəti Rusiyaya üz tutub. Bu o deməkdir ki, Qarabağı tərk edən ermənilər Ermənistanda onları xoş günlər gözləmədiyini anlayıblar”.

Bu fikirləri Musavat.com-a Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. Partiya sədri hesab edir ki, Qarabağdan köç edən ermənilərin yerləşdirilməsi üçün öncədən hazırlıq görülüb: “Paşinyan demişdi ki, ermənilərin İrəvana köçü gözlənilməz idi, amma onlar qısa zamanda yerləşdirildilər. Görünən budur ki, Qarabağdan köç edən ermənilərin Ermənistanda qalması öncədən düşünülmüşdü. Daha öncə bildirilmişdi ki, son ayda Zəngəzur bölgəsindən təxminən 35 min erməni köç edib. 

Orada yerləşmək üçün köç edən ermənilərdən istifadə etmək istəyirdilər. Vəziyyət onu göstərir ki, Qarabağdan könüllü gedən ermənilərin Ermənistanda qalmaq niyyəti olmayacaq çünki Qarabağda və Ermənistanda yaşayan ermənilər arasında hər zaman konfrontasiya olub. Paşinyan yerli ermənilərin təmsilçisi, Köçəryan, Sarksyan isə Qarabağ ermənilərinin təmsilçisi kimi hər zaman qarşıdurmada olublar. Müxalifət də, Paşinyan da öz məqsədləri üçün onlardan istifadə etmək istəyirdi. Ermənilər üçün Vətən o qədər də önəm daşımır. Həyat harada yaxşıdırsa, orada yaşayırlar. Hadisələrin gedişi də göstərir ki, Qarabağı tərk edən ermənilər Ermənistanda qalmayacaqlar”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR