İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

1454 01.06.2023 13:08 Yazarlar A A

Əslində, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günündən yazmaq istəyirdim. Bir az fərqli formada…Bəzən gündəlik qayğılarımız içərisində unutduğumuz uşaq dünyasından yazılası o qədər mövzular var ki…Amma xəbərlərə göz gəzdirəndən sonra qeyri-ixtiyari mövzunun ruhu dəyişdi, uşaqlar bağışlasın, onların saf ürəyi genişdir…

Mövzunu körpələrimizin də ömrünə sarsıdıcı zərbələr vurmuş bədnam qonşularımızun cinayətləri ilə başlamaq istərdim. Bir qərinə boyunca nə qədər uşaqların həyatı yarıda qırıldı, müharibənin qurbanı oldu mələk balalar, Xocalıda 63 uşağın ömrü tamamlandı, yüzlərlə uşağın taleyi tar-mar oldu, Füzulidə öz həyətində oyuncağı ilə oynayarkən qanına bələndilər, Gəncədə şirin yuxudaykən mərmilərə tuş gəldilər…Saysız-hesabsız. Hələ Şəhidlər Xiyabanında uyuyan o, 5 yaşlı naməlum…körpə…Üstündən 31 il keçib, hələ də bir yaxını, əqrəbası tapılmayıb. Nəsillər yox oldu erməni vandalizminin tüğyan etdiyi dönəmlərdə…Hər iki valideynindən məhrum edilən 25 xocalılı uşaqlar vardı, indi onlar ailə sahibidirlər. Uşaqların taleyi ilə bağlı o qədər dəhşətli hekayələr var ki…Hələ 20 yanvar qırğınında Xəlil Rza demişkən, “nallı çəkməli” sovet əsgərlərinin qurşununa tuş gələnlər…Çiliklənən uşaqlıq xatirələri, daha nələr...

 

Bu gün şükranlıqla seyr edirik qarabağlı uşaqların ata-analarının, nənə-babalarının əlindən tutub görmədikləri yurdlarına qayıdışını. Sonuncu belə möhtəşəm kadrları 28 mayda, Laçın şəhərinə qayıdış səhnələrini izləyərkən gördük. Körpələrimizin gözləri də gülürdü…Bundan gözəl nə ola bilər? Körpələr gülür. Arzu-istəyimiz budur ki, heç olmasa bundan sonra uşaqlar şəhid olmuş atalarının başdaşına sarılıb, ürəyimizi parçalamasınlar…Sosial şəbəkələrdə o qədər belə kadrlar var ki…Heç olmasa bundan sonra…

Ara-sıra ermənilər də itkilərindən bəhs edir, atasız qalmış övladları haqda danışır, deyirlər. Təbii, insanıq, belə kadrlara sakit yanaşmaq olmur, biz onlar kimi nifrətlə bəslənməmişik, insanlıq əleyhinə cinayətlər törətmək üçün yaranmamışıq, analarımızın laylalarında filan millət sənin düşmənindir, xitabı olmayıb heç zaman. Erməni qadınlar isə övladlarını türkə nifrət ruhunda böyüdüblər və nəticəsini də görməkdədirlər. Heç olmasa bundan sonra ağılları başlarında gəlsəydi, düşmənçilik toxumu səpməyi yığışdırsaydılar…

Amma yox… Budur, elə 1 iyun günündə Qarabağda guya 30 min erməni uşağın yaşadığını və onların “genosid” təhlükəsi ilə üz-üzə qaldığını iddia edən üfunət dolu yazılar tirajlayırlar. Bir dəfə də özlərinə sual vermirlər ki, “ara, bizim hansı uşaq genosid olunub bu vaxtacan?” 2 yaşlı Zəhranın, 9 yaşlı Farizin uşaq ömrünə balta çalan erməni faşistləri Azərbaycan və Türkiyəni “ikinci genosid” hazırlığında ittiham edirlər. Hansı ki, iddia etdikləri “birinci genosid” olsaydı, bəlkə də bəşəriyyət xilas olardı bu üfunətdən, həm də Qafqaz bölgəsi hüzur içərisində yaşayardı…Lakin Türk heç vaxt günahsız insana, xüsusən də uşağa əl qaldırmayıb, düşmən tərəfdən də olsa…

 

Əgər Azərbaycanın Qarabağdakı mülki ermənilərlə bağlı hansısa pis niyyəti olsaydı, uşaqlar-həm də qızlar arasında Ermənistanda keçirilən futbol çempionatında iştirak edib, geri qayıdan “Dağlıq artsax” adlı komandaya görə cəza tədbiri görərdi. Erməni mediası əsas da verib. Sitat: “Dağlıq artsax futbol klubunun qızlardan ibarət komandası 2022-2023-cü il Ermənistan çempionatında ikinci yeri tutub”. Fotolar da yayımlanıb. Azərbaycanın qanunları idman müstəvisində də pozub, Ermənistandakı hansısa yarışa qatıldığına görə ən azı bu komandanın təşkilatçıları qolubağlı Bakıya gətirilə bilər. Amma Azərbaycan humanist dövlətdir, dumanda yolu azıb, Ermənistan ərazisinə keçən azərbaycanlı hərbçilərə işgəncə verib, kadrları internetdə yayan alçaq düşməndən fərqli olaraq!

 96e890eecb2117b6ed1187e684079dec_6720695.jpg (387 KB)

Azərbaycan Prezidenti 28 mayda Qarabağdakı separatçılara da çox açıq şəkildə çıxış yolunu göstərdi. Faktiki olaraq əlisilahlı ermənilərə ultimatum verildi. Xatırladaq: “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Burda hər şey deyilib, bir kəlmə ilə Azərbaycanın nə qədər sülhpərvər dövlət olduğunun növbəti dəfə nümayişidir ən yüksək səviyyədə. Separatçılar onlara verilmiş son şansa görə Azərbaycana minnətdar olmalıdır…Amma onlar yenə də şivən salıblar. Hətta ABŞ-a (!) dil uzadıblar. Məsələnin məğzi bundan ibarətdir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”, - demişdi. O da bildirilmişdi ki, ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli üçün zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq”-Miller bildirmişdi.

 

Ağ Ev rəsmisinin Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında yerli sakinlərlə görüşündə Qarabağdakı separatçılara hansı halda amnistiya tətbiq edilə biləcəyini bəyan etməsini alqışlaması erməni quldurlarını narahat edib. Hətta özünü “xarici işlər nazirliyi” adlandırıb, nazirliklər cərgəsinə qoşulmağa çalışan qondarma qurum ABŞ-a kəllə atıb, bəyanat verib. Gülməlidir, amma nə edək, belə bi mundar tayfa ilə üz-üzə gəldiyimiz üçün davam edək. Oyuncaq qurum bildirir: “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyanatında Azərbaycan prezidentinin 28 may 2023-cü il tarixli son bəyanatında Dağlıq Qarabağ sakinləri üçün amnistiya məsələsinə baxmağa hazır olması barədə dediklərini alqışlayır. Bu, dərin məyusluq və çaşqınlıq yaradır”.

Bundna əvvəl Rusiyaya qarşı bəyanatlar yaydılar, rus hərbçilərini Azərbaycanla üz-üzə qoymağa cəhd göstərdilər, əks halda, Qərbə üz tutacaqları ilə şantaj etməyə çalışdılar. Milçək vızıltısına bənzəyən səslərini kimsə eşitmədi, indi də ABŞ-a “etiraz bəyanatı” qəbul edirlər. ABŞ-ın son zamanlar birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə və qəbul etdiyi qərarlara hörmətlə yanaşması quldurları rahatsız edib. Hay həyasızlığı sərhəd tanımır, hətta okeanın o tayına da gedib çıxır.

e0881aa7347f1702a5542b53901da5a9.jpg (97 KB)

Bəlkə də ABŞ özünün “əkdiklərini yığır”. Qarabağ işğalda olduğu illərdə ABŞ-dan Qarabağdakı qondarma rejimə milyonlarla dollarlıq vəsait göndərildi, müxtəlif adlar altında, “humanitar” məqsədli, “mina təhlükəsizliyi” ilə bağlı...Hətta vəsaitin ümumi məbləğinin 2 milyard dolları keçdiyi barədə məlumat var. İndi Qarabağdakı separatçılar, terrorçular vaxtilə onları bəsləyənlərə dil uzadır və ya diş atır.

Yazının sonluğu uşaqlar mövzusundan kənara çıxdı. Amma çox da yox, məncə...Separatçılar, Qarabağda yaşayanlar öz uşaqlarını taleyini heç düşünmürlər...ABŞ-ın alqışladığı, Prezident Əliyevin amnistiya təklifini qəbul edib, xilas olmaq istəmirlərsə, deməli, uşaqlarını da mundar oyunlarına qurban verməyə hazırdırlar. Necə ki, bu günlərdə uşaqlar arasında atıcılıq dərslərinə başlayıblar: uşaqlara atəş açmağı öyrədirlər. Kimə qarşı? Bunu bilməyə nə var ki...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR