İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı terrorçu rejimdən özünüifşa bəyanatı: “Vaşinqton danışıqlar dərhal dayandırılsın!”  

1011 28.06.2023 15:39 Region A A

 

Qarabağdakı separatçı-terrorçu rejimin oyuncaq “parlament”i “bəyanat” qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, bəyanatı oxuyan “spiker” Artur Tovmasyan Azərbaycan silahlı qüvvələrini 9 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağda yaradılmış atəşkəs rejimini “növbəti dəfə kobud şəkildə pozmaqda” ittiham edib. Erməni separatçı Ağdam istiqamətində ötən axşam törətdikləri alçaq təxribatın üstünü pərdələməyə çalışıb, Azərbaycan ordusunun cavab atəşi ilə 4 terrorçunu məhv etməsini önə çəkib.

Separatçı daha da həyasızlıq edərək Azərbaycanı ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında keçirilən sülh danışıqlarını pozmaqda ittiham edib.

Bəyanatda “mövcud təhlükəli reallıqdan dərin narahatlıq hissi keçirərək, “artsax xalqı” adından BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə bəyanatlarla yanaşı konkret əməli addımlar atmağa çağırış” əksini tapır. Həmçinin “Azərbaycana qarşı sanksiyalar tətbiq etmək” çağırışı edilir, sərsəmcəsinə. Həmçinin Vaşinqtondakı erməni nümayəndə heyətinə çağırışla təmas xəttində və Ermənistan sərhədində tam atəşkəs əldə olunana qədər davam edən danışıqları dərhal dayandırmaq çağırışı edilir.

Separatçı rejimin bu çağırışları erməni təxribatının Vaşinqton danışıqlarını pozmaq niyətilə törədildiyi barədə versiyaları bir daha təsdiqləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR