İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçıları da tonqal başında gecələyib, Volkovu tələb etdilər-ŞOUNUN FOTOLARI

1183 28.12.2022 12:46 Region A A

 

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin bazasına yürüş təşkil edən bir qrup erməni hərbi kontingentin komandan müavini Andrey Volkovla görüşüblər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Aksiya iştirakçısı Artur Qriqoryan deyib ki, onlar Volkovun özü ilə görüşməyənə qədər geri qayıtmayacaqarını bildiriblər.

“Komandan müavini bizə bildirdi ki, guya Volkovla əlaqə saxlaya bilmirlər. Biz burada ocaq yandırdıq və nə qədər lazımdırsa, Volkovla görüşü gözləyəcəyik. Burada bir neçə yüz etirazçı var”,- deyə o, aksiyada qərarlı olduqlarını iddia edib.

Erməni mediası yazır ki, aksiya iştirakçılarının əsas tələbi 2020-ci il noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əməl olunması, sülhməramlıların nəzarətində olan ərazidə azərbaycanlı ekoloji fəallar tərəfindən “bağlanan” Laçın yolunun açılmasıdır.

Beləliklə, erməni separatçılar şoularını davam etdirirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR