İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” rəhbərliyindən 1 milyonluq JEST

8196 02.09.2023 18:31 İdman A A

“Qarabağ” bu həftə növbəti avrokubok oyununa çıxdı.

Qurban Qurbanovun komandası Avropa Liqasının pley-offunda cavab matçında mübarizə apardı.

Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gəldi. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bakıda keçirilən qarşılaşmada qalib müəyyənləşmədi. Oyun 1:1 hesabı ilə yekunlaşdı. Beləcə, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək.

Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Budəfəki zəfərin qiyməti artıq məlumdur - rəhbərlik tərəfindən “köhlən atlılar”a 1 milyon dollar məbləğində mükafat ayrılıb. Buradan məşqçi və futbolçularla yanaşı, klubda çalışan əməkdaşlara da pay düşəcək. (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR