İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" rəhbərliyi ilə görüşdü, təklif olunan pula razılaşmadı və… SON!

1701 23.07.2023 17:30 İdman A A

Qara Qarayev 2008-ci ildən formasını geyindiyi "Qarabağ"dan rəsmən ayrılıb.

Dayaq yarımmüdafiəçisi karyerasını bundan sonra "Neftçi"də davam etdirəcək.

Millinin eks üzvü "ağ-qaralar"la 2+1 illik müqavilə bağlayacaq.

30 yaşlı orta sahə oyunçusu bu qərarı verməzdən öncə Ağdam klubunun rəhbərliyi ilə görüşüb. Ondan yeni şərtlərlə razılaşması və müqavilə müddətini uzatması istənilib.

Bildirilib ki, "Qarabağ"ın yetirməsinin "Neftçi"yə keçidi ictimaiyyətdə birmənalı qarşılanmayacaq, geniş əks-səda doğuracaq və yaxşı olar ki, burada qalsın.

Qarayev bu fikirlərə anlayış göstərdiyini, ancaq əvvəlki illərdən aşağı məbləğə oynamaq istəmədiyini deyib.

O, həmçinin qeyd edib ki, müqavilə müddətini artırmağa razılıq verərsə, əsas heyətə qaytarılacağına inanmır.

Julio Romaodan sonra Patrik Andradenin də komandaya qaytarılması ilə ilk «onbirliy»ə düşmək ehtimalının sıfıra enməsinə diqqət çəkən Qara söyləyib ki, vaxt itirmək niyyətində deyil. Beləcə, tərəflər arasında anlaşma əldə olunmayıb. Yığmanın eks oyunçusu yeni klubunda böyük pul qazanacaq. Burada keçirəcəyi hər mövsümdə 350 min manat əldə edəcək.

Qarayev “Neftçi”ni Emin Mahmudova görə seçib. Çünki onlar millidən tanışdırlar və bu münasibətlər ötən illər ərzində dostluğa çevrilib.

Demə, Qara hələ 3 ay əvvəl Eminə belə bir söz verib. Qurban Qurbanovun gözündən düşdüyünü hiss edən orta sahə oyunçusu “Neftçi”nin kapitanına “sən burada qalsan, mən də yanına gələcəm” deyib.

2017-ci ildən ağ-qara formanı geyinən Mahmudov bigünlərdə 2+1 illk yeni müqavilə imzalayandan sonra məlum şərti Qarayevin yadına salıb, o da, göründüyü kimi, sözünü tutub. (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR