İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" MƏLUMAT YAYDI: Məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır

2046 24.08.2023 22:58 İdman A A

"Qarabağ" futbol klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, klub bu barədə rəsmi facebook hesabından paylaşın edib.

"Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır", - deyə yazıda vurğulanıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR